ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini təsdiq edib.
ÇıxışYolu.Com xəbər verir ki, daha öncə büdcə layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul olunub.
Sənədə əsasən, ABŞ-ın 2019-cu maliyyə ili üçün hərbi büdcəsi 716 milyard dollar təşkil edəcək.
2017-ci ilin hərbi büdcəsi ilə müqayisədə yeni maliyyə planı 13%, 2018-ci illə müqayisədə isə 2% artıb.