Tramp hamını qorxutdu: “ABŞ təhlükə altındadır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, ölkənin hazırkı lideri
Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altında
qalacaq.
Trampın sözlərinə görə, bu ölkə rüşvətxor Co Baydenin prezidentliyi dövründə
daha dörd il yaşaya bilməyəcək.
Nyu-Cersidə keçirilən mitinq zamanı Tramp yüz min tərəfdarı önündə rəqibini
korrupsioner və bacarıqsız adlandırıb. O, Ağ Evin hazırkı rəhbərinin
siyasətinin ABŞ-ni “böyük bəlaya” və Üçüncü Dünya müharibəsinə aparacağı barədə
xəbərdar edib.
Mənbə: gazeta.ru