Tramp haqqında daha bir kitab bestsellerə çevrildi – FOTO

Tramp haqqında daha bir kitab bestsellerə çevrildi – FOTO

Baxış sayı: 2. 682 dəfə baxılıb.

ABŞ prezidenti Donald Trampın ötən ilin may ayında vəzifədən kənarlaşdırdığı Federal təhqiqatlar bürosunun keçmiş rəhbəri Ceymz Kominin memuarlardan ibarət kitab ABŞ-da bestsellərə çevrilib.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, “Yüksək sədaqət: Həqiqət, Yalanlar və Rəhbərlik” adlı kitabın bir həftə ərzində 600 minə yaxın nüsxəsi satılıb.

Siyasi avtobioqrafik mövzulu kitabda Kominin Ağ Ev rəhbəri Trampla keçirdiyi bəzi şəxsi görüşlərin təfsilatları yer alır.

Əsərin çap hüququna malik “Flatrion Books” nəşr evi  kitabın bir milyondan çox tirajla buraxıldığını bildirib.

Kitabda Komi Trampı şəxsi sədaqəti qanunlardan üstün tutan və əxlaq və dürüstlüyə o qədər də önəm verməyən bir “mafiya başçısı” kimi qələmə verir .

Qeyd edək ki, bundan əvvəl nəşr olunmuş  Maykl Vulfun Tramp haqqında  “Od və qəzəb: Trampın Ağ evində” adlı kitabının 975 mindən çox nüsxəsi satılıb.

.
www.ÇıxışYolu.Com