ABŞ prezidenti Donald Tramp Suriyaya hərbi müdaxilələrlə əlaqədar açıqlama ilə çıxış edib.
ÇıxışYolu.Com xəbər verir ki, o “Twitter” hesabında yazıb:
“Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Hazır ol, Rusiya, çünki raketlərimiz gəlir”.
Tramp “tweet”ində Suriyadakı kimyəvi silahla həyata keçirilmiş qətliama da toxunub və Rusiyaya müraciət edib:
“İnsanları qazla öldürən və bundan zövq alan bir heyvanla tərəfdaş olmamalı idiniz”.