Tramp ikinci müddətə prezident seçilmək niyyətindədir

Tramp ikinci müddətə prezident seçilmək niyyətindədir

Baxış sayı: 6. 197 dəfə baxılıb.

ABŞ lideri Donald Tramp 2020-ci il prezident seçkiləri üçün öz seçki qərargahının rəhbərini təyin edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” aidiyyəti mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qərargaha siyasi strateq Bred Parskeyl başçılıq edəcək. O, buna qədər Trampın qərargahında işləyib,seçkilərlə bağlı rəqəmsal əməliyyatlara cavabdeh olub.

Məlumatda Trampın 2020-ci ilin seçki-qabağı kampaniyasına  Konqres seçkilərinə 8 ay qalmış start verməyə planlaşdırdığı qeyd olunur. Belə ki, həmin seçkilərdə ABŞ qanunverici orqanında Respublikaçıların mütləq üstünlüyə malik olub olmayacağı müəyyənləşəcək.

Bundan əvvəl ABŞ KİV-də Trampın şəxsi pilotunu ABŞ aviasiya idarəsinin rəhbəri təyin etməyi planlaşdırdığı barədə xəbərlər yayılmışdı.

www.ÇıxışYolu.Com