Şimali Koreya lideri Kim Çen Inla danışıqlar iyunun 12-də baş tutmaya bilər.
ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Cənubi Koreyalı həmkarı Mun Çje İnlə jurnalistlərin qarşısına çıxan Tramp, In administrasiyasının Vaşinqtonun irəli sürdüyü şərtləri yerinə yetirməyəcəyi təqdirdə Sinqapurda sammitin keçirilməyəcəyini bildirib.
Habelə, Tramp Inla danışıqların baş tutacağı təqdirdə onun nəticələrinin dünya üçün böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
ABŞ əsas şərt olaraq Şimali Koreyanın denukliarizasiyası məsələsini irəli sürüb.
Bundan əvvəl ABŞ vitse-prezidenti Mayk Pens, Vaşinqtonun Şimali Koreyaya hərbi müdaxilə variantını istisna etmədiyini bildirmişdi.