ABŞ prezidenti Donald Tramp G7 sammitinin özünün “Trump National Doral Miami” kurortunda keçirilməsi ideyasından vaz keçdiyini bildirib.
Bu barədə ABŞ lideri özünün “Twitter” hesabında yazıb.
“KİV və demokratların irrasional düşmənçiliyinə görə biz daha sammitin “Trump National Doral Miami”də keçirilməsini nəzərdən keçirmirik. Biz “Kemp-Devid” də daxil olmaqla, dərhal başqa variantları axtarmağa başlayacağıq. Təşəkkür! ”, – deyə o, “Twitter”də şənbə günü yazıb.
“Mən sammitin keçirilməsi yeri kimi kurortu təklif edərkən zənn edirdim ki, ölkə üçün yaxşı nəsə etdim. Bu, beynəlxalq aeroportun yanında yerləşən böyük hoteldir. Hər nümayəndə heyəti ayrıca binada (50-70 nömrəlik) yerləşdiriləcəkdi. Bu, digərlərindən daha yaxşı variant olacaqdı”, – Tramp qeyd edib.
ABŞ lideri qeyd edib ki, əvəzində maddi qarşılıq gözləmirdi.
“Mən bildirmişdim ki, əvəzində heç bir şey gözləmirdim və bu, hüquqi tərəfdən mümkün idisə, ABŞ üçün də pulsuz olacaqdı. Lakin həmişəki kimi düşmən KİV və demokrat partnyorlar dəli olublar!” – deyə Tramp əlavə edib.
G7 sammitinin iyunun 10-12-də “Trump National Doral Miami” kurortunda keçirilməsi planları haqqında Ağ ev Aparatı rəhbərinin vəzifələrini icra edən Mik Malveni bildirib.