Sosial şəbəkələrdə ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri zamanı kraliça II Yelizavetanı kölgədə qoyması geniş tənqid edilib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, videodan da görünür ki, Amerika lideri kraliçadan öndə gedərək onun yolunu kəsir və II Yelizavetaya kürəyini çevirir.
İnternet istifadəçiləri Trampın etiket qaydalarını pozmasından hiddətləniblər.
Tənqidlərə baxmayaraq, kral ailələrinin iştirakı zamanı etiketə riayət etmək tövsiyyəverici xarakter daşıyır və mütləqlik təşkil etmir.