Rəsmi Pxenyanın ABŞ vitse-prezidenti Mayk Pensin sözlərinə reaksiyası “sonuncu damla” oldu və bu iyunun 12-də Sinqapurda keçirilməli olan sammitin təxirə salınması ilə nəticələndi.
ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi məlumat yayıb.
Rəsminin sözlərinə görə, Vaşinqton KXDR XİN rəhbərinin müavini Çxve Son Xi-nin bəyanatından hiddətlənib.
Xi Şimali Koreyada “Liviya ssenarisinin” gerçəkləşəcəyinin mümkün olduğunu deyən Pensin “axmaq fikirlər səsləndirdiyini” bildirmişdi.
Vitse-prezident verdiyi müsahibələrin birində, KXDR-ın ABŞ-la ortaq məxrəcə gəlməyəcəyi təqdirdə, Şimali Koreyaya hərbi müdaxiləni istisna etməmişdi.
18:10
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina məktub ünvanlayıb.
ÇıxışYolu.Com-ın “Reuters”ə istinadən məlumatına görə, ABŞ lideri məktubunda Kim Çen Ina bildirib ki, iyunun 12-də Sinqapurda planlaşdırılan görüşü ləğv edib.
“Mən sizinlə görüşməyə ümid edirdim. Lakin son bəyanatınızda böyük qəzəb və açıq düşmənçiliyi nəzərə alaraq, bu görüşü ləğv etməyi qərara aldım”, – Tramp yazıb.
D.Tramp qeyd edib ki, iyunun 12-də Sinqapurda planlaşdırılmış sammit baş tutmayacaq.