ABŞ prezidenti Donald Tramp bir neçə həftəyə KXDR lideri Kim Çen Inla görüş keçirməyi planlaşdırdığını bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Deyəsən, Koreya yarımadasının denuklearizasiyası həqiqətən baş tutacaq”, – deyə Tramp Olimpiya oyunlarında iştirak etmiş amerikalı idmançılarla görüşündə bildirib.
Ağ Ev rəhbəri eyni zamanda, Şimali və Cənubi Koreyanın gələcəkdə birgə firəvan və sülh şəraitində yaşayacağına ümid etdiyini ifadə edib.