ABŞ prezidenti Donald Tramp bəyan edib ki, səhv addım atacağı təqdirdə İran dünyada yalnız bir neçə ölkənin ödədiyi yüksək qiyməti ödəyəcək.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton açıqlayıb.
Amerika başçısı bazar ertəsi “Twitter” hesabında yazıb ki, İran ABŞ-ın ünvanına təhdidləri davam etdirəcəyi təqdirdə bunun “acı nəticələrini görəcək”.
Daha öncə İran prezidenti Həsən Ruhani Amerika liderini “odla oynamamağa” çağırıb və bildirib ki, Tehran “heç kimlə müharibə aparmır”.
Onun sözlərinə görə, “İranın gücü qabaqlayıcı” xarakter daşıyır.