ABŞ prezidenti Donald Tramp ABŞ-ın ünvanına təhdidlər səsləndirən iranlı həmkarı Həsən Ruhaniyə xəbərdarlıq edib və Vaşinqtona qarşı aqressiv siyasətin “nəticələri” ilə bağlı Tehranı təhdid edib.
ÇıxışYolu.Com xəbər verir ki, amerikalı lider bununla bağlı fikirlərini şəxsi Twitter hesabında yazıb.
To Iranian President Rouhani: NEVER, EVER THREATEN THE UNITED STATES AGAIN OR YOU WILL SUFFER CONSEQUENCES THE LIKES OF WHICH FEW THROUGHOUT HISTORY HAVE EVER SUFFERED BEFORE. WE ARE NO LONGER A COUNTRY THAT WILL STAND FOR YOUR DEMENTED WORDS OF VIOLENCE & DEATH. BE CAUTIOUS!
— Donald J. Trump (@realDonaldTrump) July 23, 2018
“İran prezidenti Ruhaniyə: heç vaxt, heç vaxt ABŞ-ı təhdid etməyin, yoxsa siz tarix boyu görünməyən nəticələrlə qarşılaşacaqsınız. Biz daha sizin ağılsız təhdidlərinizə dözməyəcəyik. Ehtiyatlı olun!”, – Tramp yazıb.
Bundan əvvəl, Ruhani deyib ki, əgər ABŞ İranla münaqişəyə girişsə, o, “bütün müharibələrin anası” olacaq.