Tramp İranla nüvə sazişini ləğv etdi

Tramp İranla nüvə sazişini ləğv etdi

Baxış sayı: 1. 889 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ağ Ev rəhbəri İslam Respublikasına qarşı ən sərt sanksiyaların qəbul olunacağını xəbərdar edib.

Trampın bu qərarının neft qiymətlərinin sürətlə bahalaşmasına yol açacağı proqnozlaşdırılır.

Bundan əvvəl İranın prezidenti Həsən Ruhani, Birləşmiş Ştatların birtərəfli olaraq sazişdən çıxacağı təqdirdə, tarixində heç vaxt keçirmədiyi peşmançılığı keçirəcəyini bildirib.

Qeyd edək ki, 2015-ci ildə bağlanmış Vyana sazişinə əsasən, İran uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırıb. Bunun əvəzində Qərb ölkələri Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa razılaşıb.

.
www.ÇıxışYolu.Com