Tramp: İŞİD-i tam məhv etməliyik

Tramp: İŞİD-i tam məhv etməliyik

Baxış sayı: 3. 063 dəfə baxılıb.

Ağ Ev rəhbəri Donald Tramp çərşənbə günü mətbuat konfransında çıxışı zamanı bir daha ABŞ hərbi kontingentini Suriyadan çıxarmaq niyyəti barədə danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Politico” nəşrində məlumat yayılıb.

“Mən çıxmağımızı istəyirəm, qoşunlarımızın vətənə dönməsini istəyirəm, dövlətin yenidən qurulmasını istəyirəm. Ən qısa zamanda gələcək addımlarımızla bağlı qərar qəbul edəcəyik. Biz eyni zamanda öz əhatə dairəmiz və müttəfiqlərimizlə məşvərət aparacağıq” deyə Tramp vurğulayıb.

Amerikalı prezidentin sözlərinə görə, bunun üçün administrasiya əvvəlcə beynəlxalq koalisiyaya üzv olan dövlətlərlə müzakirələr aparacaq.

Ağ Ev rəhbəri bildirib ki, ABŞ hərbi kontingentinin Suriyadakı əsas missiyası İŞİD qruplaşmasını süquta yetirməkdir.

.
www.ÇıxışYolu.Com