ABŞ prezidenti yaxın günlərdə istintaq qarşısında ifadə verə bilər.
ÇıxışYolu.Com-ın TRT HABER-ə istinadən məlumatına görə, ABŞ-da keçirilən sonuncu pezident seçkiləri və bu seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı xeyli vaxtdır cinayət işinə başlanılıb və bununla əlaqədar prezident Donald Tramp istintaqa ifadə verməyə çağırılıb.
Trampın istintaqın dəvətini qəbul etdiyi və ifadə verməyə razı olduğu qeyd olunur.
Amma vəkillərinin buna qarşı çıxdığı, Trampı fikrindən daşındırmağa çalışdığı bildirilir.
Tramp isə “Rusiya işi” ilə bağlı başladılan istintaqda ifadə verməyə israrlı görünür.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com