Tramp İtaliya baş naziri ilə TAP-ı müzakirə etdi

Baxış sayı: 3. 778 dəfə baxılıb.

Tramp İtaliya baş naziri ilə TAP-ı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp İtaliya baş naziri Cuzeppe Konte ilə Trans-Adriatik boru kəməri ideyasını müzakirə edib.

ÇıxışYolu.Com RBK-ya istinadla xəbər verir ki, müzakirələr Kontenin Vaşinqtona səfəri zamanı baş tutub. 

“Qeyd etdim ki, strateji vəzifə ondan ibarətdir ki, İtaliyaya və Cənubi Avropa ölkələrinə enerji resurslarının nəqli təmin olunsun”, – Konte bildirib. 

Xatırladaq ki, İtaliyanın ətraf mühit naziri, “Beş ulduz” hərəkatının nümayəndəsi Serji Kosta bir müddət əvvəl TAP-ın ətraf mühit üçün təhlükəli olduğunu deyib. 

www.ÇıxışYolu.Com