Tramp Kim Çen Inla görüşəcəyini bəyan edib

Tramp Kim Çen Inla görüşəcəyini bəyan edib

Baxış sayı: 2. 260 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp gələn ay və ya iyunun əvvəllərində Şimali Koreya lideri Kim Çen Inla görüşməyi palnlaşdırdığını və bu görüşün Şimali Koreyanın nüvə silahı proqramının sona çatmasını təmin edəcəyinə ümid etdiyini bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Tramp dünən jurnalistlərlə görüşündə açıqlama verib.

“Ümid edirəm, uzun illər boyunca olduğundan çox fərqli bir əlaqə olacaq”, – Tramp bəyan edib.

Şimali Koreya dövlət mediasının yaydığı xəbərə görə, Kim Çen In dünən lideri olduğu partiyanın iclasında bildirib ki, Vaşinqtonla nəzərdə tutulan görüşlər Cənubi Koreya ilə 27 apreldə baş tutacaq zirvə görüşündən sonra gerçəkləşəcək.

www.ÇıxışYolu.Com