ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüş üçün beş məkanı nəzərdən keçirir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ mətbutında məlumat yayılıb.
Görüşün harada keçiriləcəyi ilə bağlı jurnalistin sualına, Tramp beş potensial məkanın olduğunu bildirib. Ağ Ev rəhbəri hansı şəhərləri nəzərdə tutduğunu açıqlamayıb.
Trampın sözlərinə görə, “hər şey yaxşı getsə” görüş iyun ayında baş tuta bilər.