ABŞ prezidenti Donald Tramp müvəqqəti olaraq dietaya başlayıb. Yanvar ayında Ağ Evin baş həkimi Ronni Cekson Trampda kökəlmə əlamətləri aşkarlayıb: Trampın boyu 190 sm olduğu halda çəkisi 108,4 kilomqram təşkil edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, prezidentə az yağlı və kalorili yeməklərlə qidalanması , həmçinin idmanla məşğul olması tövsiyə edilib.
Ağ Ev rəhbəri bu tövsiyələrdən sonra öz gündəlik rasionuna şorbalar, salatlar və balıq yeməklərini daxil edib. Bir neçə həftədir ki, onun burger yediyini görən olmayıb. 71 yaşlı Tramp özünü gümrah hiss etdiyini bildirsədə, Bloombergin, məlumatına görə bəzən nəfsini saxlaya bilmir. Məsələn bu həftə o səhər yeməyinə yüksək kalorili bekon yeyib.