ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu ittiham edib.
“Alarabiya”nın xəbərinə görə, Tramp deyib ki, İranla ABŞ-ın adından danışmaq səlahiyyəti heç kimə verilməyib.
Tramp Makronu mümkün danışıqlar barədə İrana “qarışıq siqnallar” göndərməkdə təqsirləndirib.
“Mən bilirəm ki, Emmanuel digərləri kimi yaxşı deməkdir. Lakin heç kim ABŞ-ın adından danışmır, bunu yalnız ABŞ özü edir”, – deyə Tramp “Twitter” hesabında yazıb.
Trampın daha dəqiq nəyə işarə etdiyi bəlli deyil. Lakin bu həftənin əvvəlində belə xəbər yayılmışdı ki, Makron İran Prezidenti Həsən Ruhanini Trampla görüşmək üçün G7 zirvəsinə dəvət edib.
Fransalı diplomat isə bu xəbəri təkzib etmişdi.