Tramp Meksikanı hədələyib

Tramp Meksikanı hədələyib

Baxış sayı: 4. 977 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.

ÇıxışYolu.Com-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, D.Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.   

D. Tramp Meksikanın ABŞ-ın “axmaq miqrasiya qanunvericiliyi”nə güldüyünü vurğulayıb:

“Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır”.

Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.

www.ÇıxışYolu.Com