ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Herbert Makmasterin milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən kənarlaşdırıldığını elan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“Göstərdiyi xidmətlərə görə Herbert Makmasterə son dərəcə minnətdaram, o böyük işlər görüb və hər zaman mənim dostum qalacaq” deyə Tramp qeyd edir.
Tramp Ağ Evdə boş qalmış posta Con Boltonu gətirib. Boltonun aprelin doqquzundan etibarən rəsmi qaydada müşavir vəzifəsini icra etməyə başlayacağı bildirilir.