Suriyadakı kimyəvi qazla hücum faktından sonra “böyük” bir qərar verəcəyini” açıqlayan ABŞ prezidenti Donald Trampın bugünkü “Hazır ol, Rusiya, raketlərimiz gəlir” bəyanatı siyasi arenada geniş rezonans doğurub.
ÇıxışYolu.Com xəbər verir ki, prezident Rusiyanın cavab açıqlamasından sonra yenidən “tweet” yazıb.
“Rusiya ilə əlaqələrimiz “soyuq müharibə” dönəmi də daxil olmaqla, tarixinin ən pis səviyyəsindədir. Bunun üçün səbəb yoxdur. Rusiyanın iqtisadiyyatı üçün bizim köməyimizə ehtiyacı var. Bu, çox asandır. Bütün millətlər birlikdə çalışmalıdır. Silahlanma yarışını dayandırın”, – Tramp vurğulayıb.