ABŞ prezidenti Donald Tramp bəyan edib ki, NATO-ya üzv ölkələr Birləşmiş Ştatların müdafiə xərclərini ödəməlidirlər.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, NATO-nun sammiti keçiriləcək Brüsselə yollanan dövlət başçısı təyyarədə olarkən şəxsi “Twitter” səhifəsində yazıb:
“Bizim müdafiə edəcəyimiz gözlənilən bir çox NATO ölkələri nəinki öz öhdəliklərini yerinə yetirmirlər, hətta uzun illər ödəmələri gecikdirirlər. Məgər oların əvəzinə ödənişləri ABŞ etməlidir?”
Daha öncə Tramp dəfələrlə NATO üzrə müttəfiqlərini 2014-cü ildə Buxarestdə müdafiə xərclərinin artırılması barədə əldə olunan öhdəliklərini yerinə yetirməyə çağırmış, əks təqdirdə alyans üzvlərinin təhlükəsizliyinin təminatına yönələn ümumi proqramlarda ABŞ-ın iştirakının azalacağı ilə təhdid etmişdi.