ABŞ-da respublikaçı senator Lindsi Qrem “Nobel” sülh mükafatına Birləşmiş Ştatların prezidenti Donald Trampın namizədliyini irəli sürməyi təklif edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Donald Tramp KXDR və Çini dəyişikliklərin aparılması məsələsində tam ciddi olduğuna inandırdı. Biz hələ buna nail olmamışıq, ancaq bu baş versə, prezident həqiqətən “Nobel” sülh mükafatına layiqdir”, – deyə senator bildirib.
Senatorun sözlərinə görə Ağ Ev Şimali Koreyanı iki seçim qarşısında qoyub: normal bir ölkə olmaq və ya ABŞ-a zərbə endirmək məqsədi ilə raketlərin hazırlanmasını davam etdirmək və məhvə düçar olmaq.
Qeyd edək ki, aprelin 27-də ABŞ prezidenti Donald Tramp, yaxın həftələrdə KXDR lideri Kim Çen Inla görüşəcəyini bildirib.