Tramp öz işinə qiymət verdi

Baxış sayı: 2. 752 dəfə baxılıb.

Tramp öz işinə qiymət verdi

ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda fəaliyyətini dəyərləndirib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, “Fox News”a müsahibəsində öz işinə 5+ qiymətini verə biləcəyini deyib. 

“Fikrimcə, yaxşı işləyirəm. Bundan zəhləm getsə də, edəcəyəm bunu. Özümə 5+ qiymətini verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm?”, – deyə o vurğulayıb.

Tramp nailiyyətləri sırasında inkişaf edən ABŞ iqtisadiyyatını, habelə Şimali Koreya ilə münasibətlərdəki irəliləyişi qeyd edib. 

www.ÇıxışYolu.Com