Tramp Paşinyanı təbrik etdi və Qarabağı xatırladı

Tramp Paşinyanı təbrik etdi və Qarabağı xatırladı

Baxış sayı: 2. 474 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyanı Ermənistan baş naziri postuna seçilməsi münasibətilə təbrik edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, Tramp təbrik məktubunda qarşılıqlı maraqlara əsaslanan bir çox sahələrdə birgə işləri səbrsizliklə gözlədiyini qeyd edib. 

“Korrupsiya ilə mübarizə, bütün siyasi partiyaların birliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesləri Ermənistanın parlaq gələcəyini təmin edəcək. Sizə və erməni xalqına ən xoş arzularla…”, – ABŞ prezidenti əlavə edib

www.ÇıxışYolu.Com