Tramp Pentaqon rəhbərinin istefasından söz açdı

Baxış sayı: 3. 114 dəfə baxılıb.

Tramp Pentaqon rəhbərinin istefasından söz açdı

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə naziri Ceyms Mettisin istefaya göndərilməsini istisna etməyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Amerika lideri CBS telekanalında yayımlanan “60 dəqiqə” verilişinə verdiyi müsahibəsində bildirib.

“Ola bilsin ki, Mettis gedəcək. Düzünü bilmək istəyirsinizsə, düşünürəm ki, o, bir növ demokratdır”, – Tramp deyib.

Prezident əlavə edib ki, general Mettis yaxşı insandır və onlar bir-birini yaxşı anlayırlar.

www.ÇıxışYolu.Com