Tramp pornoaktrisadan 20 milyon dollar təzminat istəyir

Tramp pornoaktrisadan 20 milyon dollar təzminat istəyir

Baxış sayı: 4. 523 dəfə baxılıb.

ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koen pornoaktrisa Stefani Kliffordu (Stormy Daniels) məhkəməyə verib. 

ÇıxışYolu.Com Washington Post-a istinadla bildirir ki, iddiada Klifford aralarında bağlanmış gizlilik razılaşmasının şərtlərini pozaraq, prezidentlə yaxın əlaqəsi haqqında danışdığı qeyd olunub.

Koen təsdiq edir ki, pornoaktrisa razılaşmanı ən azı 20 dəfə pozub. 

Əgər hakim Kliffordu təqsirli bilsə, onda hər pozuntuya görə 1 milyon dollar cərimə olunacaq.

Martın 13-də Stefani Klifford bəyan edib ki, Donald Trampa onların münasibətləri haqqında azad danışmağa, onda olan bütün video yazıları, fotoları və mesajları dərc etmə hüququna görə Trampa 130 min dolları geri qaytarmağa hazırdır. Tramp bu təklifə cavab verməyib.

Martın 8-də məhkəmə, Kliffordun prezidentin onların yaxın münasibətləri barədə məlumatların yayılmaması haqqında razılaşmaya imza atmaması barədə iddiasını rədd edib.

2006-2007-ci illərdə Kliffordla Tramp arasında intim əlaqə olub. 2016-cı ildə prezident  kampaniyasının ən qızğın vaxtında vəkil Maykl Koen pornoaktrisaya məlumat yaymaması üçün 130 min dollar ödəyib. Ağ evdə bu məlumat təkzib edilib.

www.ÇıxışYolu.Com