Tramp Putinə zəng edib

Tramp Putinə zəng edib

Baxış sayı: 2. 741 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin ilə telefon əlaqəsi yaradıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə NBC Ağ Evdəki məmurlardan birinə istinadən məlumat yayıb. 

D. Tramp prezident seçkilərində qələbə münasibəti ilə V. Putini təbrik edib. 

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilir ki, Tramp Putini prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.

“Liderlər müxtəlif sahələrdə, o cümlədən strateji stabilliyin təmin edilməsi və beynəlxalq terrorizmlə mübarizə məsələlərində praktik əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Xüsusilə silah yarışını məhdudlaşdırmaq üçün koordinasiyalı səylərin əhəmiyyəti vurğulanıb”.

Qeyd edək ki, martın 19-da ABŞ-ın prezident administrasiyasındakı mənbə prezident seçkilərində qələbəsi münasibəti ilə Trampın Putinə zəng etməyə hazırlaşmadığını bildirmişdi.

www.ÇıxışYolu.Com