Tramp Putini ABŞ-a dəvət etdi

Baxış sayı: 2. 119 dəfə baxılıb.

Tramp Putini ABŞ-a dəvət etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfərə dəvət edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. 

“Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməsini istəyib. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, – Sanders yazıb.

www.ÇıxışYolu.Com