ABŞ prezidenti Donald Tramp faşizm üzərində qələbənin 75 illiyi münasibətilə gələn ilin mayında keçiriləcək tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına səfər təklifini nəzərdən keçirir.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika lideri ilə görüşdən sonra bildirib.
“Bu gün prezidentin tapşırığı ilə mən bu dəvəti təsdiq etdim. Prezident Tramp onu nəzərdən keçirir”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, əgər belə imkan yaransa, Moskvada tam formatda ikitərəfli danışıqlar keçirilə bilər.