ABŞ prezidenti Donald Tramp bəyan edib ki, OPEK benzinin qiymətini aşağı salmaq üçün çox az iş görür.
ÇıxışYolu.Com xəbər verir ki, Tramp bu barədə öz “Tvitter” səhifəsində yazıb.
ABŞ prezidenti xatırladıb ki, Birləşmiş Ştatlar təşkilatın əksər üzvlərini “qəpik-quruş müqabilində müdafiə edir”.
Tramp sözlərini sərt tələblə bitirib:
“Hər şey qarşılıqlı olmalıdır. Dərhal qiymətləri aşağı salın!”