Tramp rusiyalı diplomatları ölkədən çıxarmağa hazırdır

Tramp rusiyalı diplomatları ölkədən çıxarmağa hazırdır

Baxış sayı: 6. 795 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp “Skripalın işi”nə görə rusiyalı diplomatları ölkədən çıxarmağa hazırdır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri vəziyyətlə tanış mənbəyə istinadən yazır.

Agentliyin məlumatına əsasən, Tramp öz müşavirlərinin məsləhətləri ilə razılaşıb. Ehtimal olunur ki, bu barədə martın 26 ictimaiyyətə məlumat veriləcək.

Bununla belə, nəşrin mənbələri bildirirlər ki, prezident qərarını dəyişə bilər.

Bildirir ki, rusiyalı diplomatların ölkədən çıxarılmasından əvvəl, Tramp əmin olmaq istəyir ki, avropalı həmkarları da eyni addımı atacaq.

www.ÇıxışYolu.Com