ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən “Böyük səkkizliyə” qayıtması təklifi ilə çıxış edib.
TASS xəbər verir ki, o bu haqda Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.
Bildirilir ki, ABŞ prezidenti Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir.
“Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı”, – deyə Ağ Evin başçısı bildirib.
Onun fikrincə, Putinin Obamanı üstələməsi Vaşınqtonun vaxtı ilə bu qərara dəstək verməsi ilə nəticələndi.