ABŞ prezidenti Donald Tramp Rusiyanı və İranı Suriyada baş verənlərə görə tənqid edib və Moskva ilə Tehranın bu ölkədəki hərəkətlərini “rüsvayçılıq” adlandırıb, ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir.
Amerika liderinə son zamanlar Suriyanın Şərqi Quta əyalətində baş verənlər barədə sual veriblər.
“Deyim ki, bu yaxınlarda Rusiya, İran və Suriyanın etdikləri humanitar rüsvayçılıqdır. Bu üç ölkənin son zamanlar Şərqi Quta sakinlərinə qarşı törətdikləri – rüsvayçılıqdır”, deyə qeyd edib.
Tramp bunu Avstraliyanın baş naziri Malkolm Ternbulla birgə mətbuat konfransı zamanı bəyan edib.
ABŞ prezidenti həmçinin Amerika ordusunun Suriyaya gəlməsinin yeganə məqsədinin “İŞİD” terrorçularını darmadağın etmək olduğunu bildirib.
“Orda olmağımızın yeganə səbəbi İŞİD-i məhv etmək və evimizə qayıtmaqdır. Bizim başqa səbəblərimiz yoxdur”, – deyə, o, qeyd edib.