Rusiya ilə ABŞ arasında siyasi gərginlik artmaqdadır.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il artırıb.
ABŞ tərəfi bildirib ki, Rusiya ABŞ-ın regiondakı milli maraqlarına və xarici siyasətinə fövqəladə təhdid mənbəyidir.
ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı ilk sanksiyanı 2014-cü ilin dekabrında tətbiq edib.
2018-ci ildə Tramp administrasiyası sanksiyalar paketinin müddətini 4 dəfə uzatmaqla, gərginliyi artırıb.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırılması haqda fərman imzalayıb.
Fərman “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin Amerika tərəfindən pozulmasından sonra “təxirəsalınmaz ölçülər götürmək məqsədilə” imzalanıb.