ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Şimali Koreya ilə dialoqun yenidən işə salmaq qərarına gəldiyini bəyan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
“Görək axırı necə olur. Hazırda biz onlarla danışırıq”, – deyə Tramp bildirib.
Tramp eyni zamanda Kim Çen Inla təxirə salınmış görüşünün baş tuta biləcəyini istisna etməyib.
Qeyd edək ki, cümə axşamı Tramp Kim Çen Inla iyunun 12-ə (Sinqapurda) təyin olunmuş görüşü təxirə salıb.