Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaları ertələdi

Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaları ertələdi

Baxış sayı: 2. 595 dəfə baxılıb.

ABŞ hələlik Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etməməyi qərara alıb.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu Tramp Ağ Evdə Yaponiya baş naziri Sindzo Abe ilə keçirdiyi görüşdə bildirib.

“Biz əvvəlki sanksiyaları qaldıra bilmərik. Onlar son dərəcə effektivdir. Əlavə sanksiyalar da tətbiq edə bilərdim, ancaq hələlik bunu etməməyə qərar verdim.Habelə gələcəkdə bu həyata keçə bilər”, -deyə Tramp diqqətə çatdırıb.

Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, KXDR nüvədən tam azad olmayana qədər ABŞ Pxenyana qarşı əvvəlki sanksiyaları ləğv etməyəcək.

.
www.ÇıxışYolu.Com