Tramp Suriyada ruslarla toqquşmadan danışdı

Tramp Suriyada ruslarla toqquşmadan danışdı

Baxış sayı: 2. 262 dəfə baxılıb.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, təxminən bir ay əvvəl Suriyada ABŞ və Rusiya hərbçiləri arasında ciddi toqquşmalar baş verib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bununla bağlı Yaponiyanın baş naziri Sindzo Abe ilə Floridada keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Mətbuat konfransı Ağ Evin rəsmi saytında canlı yayımlanıb.

“Biz bir müddət öncə bununla bağlı danışmışıq: Suriyada ABŞ və rus hərbçiləri arasında ciddi toqquşmalar baş verdi. Çoxlu insan həlak oldu və bu, çox kədərlidir”, – amerikalı lider deyib.
 
ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell aprelin 18-də oxşar açıqlama ilə çıxış edib. 

Onun sözlərinə görə, rus silahlılar Suriyada ABŞ ordusuna hücum etməyə çalışıb. Rusiya Dövlət Dumasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Andrey Krasov bu məlumatları təkzib edib.

S.M.
www.ÇıxışYolu.Com