Tramp terrorçuların edam olunmasını istəyir

Baxış sayı: 2. 593 dəfə baxılıb.

Tramp terrorçuların edam olunmasını istəyir

Bir həftə ərzində Amerikanın Texas və Ohayo ştatlarında baş vermiş kütləvi atışmalarda ümumilikdə 29 nəfər öldürülüb.

Bunu terrorizm adlandırmayan, irqi ayrı seçkiliyi qabardan Donald Tramp sərt reaksiyanı görərək Ağ Evdə konfrans keçirib.

D.Tramp silahlı insident törədənlərə qarşı “Qırmızı bayraq” cəzasını tətbiq edəcəklərini bildirib. 

“Qırmızı bayraq” adlandırılan qanun silahlı şiddətin qarşısını almaq üçündür.

D.Tramp terrorçulara qarşı ölüm hökmünün çıxarılmasının da tərəfdarı olduğunu bildirib. 

Qeyd edək ki, Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində təqribən gecə saat 01:00-da barın yaxınlığında duran insanlara atəş açılıb, nəticədə 9 nəfər ölüb, 26 nəfər yaralanıb.