ABŞ prezidenti Donald Tramp yaxın zamanlarda Pekinin ticarət məhdudiyyətlərini aradan qaldıraraq Vaşinqtonla intellektual mülkiyyətlə bağlı razılaşma imzalayacağını gözləyir.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bu haqda bəyanatda bildirilir.
“Ticarətlə bağlı mübahisələrimizə baxmayaraq, Çinin sədri ilə hər zaman dost olacağıq. Çin ticari məhdudiyyətləri aradan qaldıracaq. Vergilər qarşılıqlı olacaq, intellektual mülkiyyəltə bağlı razılaşmalar imzalanacaq. Bu da hər iki ölkə üçün böyük gələcəkdir”, – deyə Amerika prezidneti Twitter hesabında qeyd edib.