Rahib Endryu Bransonun azad edilməsinə dair ABŞ-la Türkiyə arasında heç bir razılaşma olmayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
“Rahib Endryu Bransonun azad edilməsi və qaytarılmasına dair Türkiyə ilə heç bir saziş olmayıb”, – Tramp yazıb.
Amerika lideri həmçinin qeyd edib ki, “girovların” azad olunması üçün saziş bağlamır. Eyni zamanda Tramp Bransonun azad edilməsi ilə əlaqədar “dərin minnətdarlıq” ifadə edib.
ABŞ prezidenti rahibin azad edilməsinin Amerika ilə Türkiyə arasında “yaxşı, bəlkə də əla” münasibətlərin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Branson Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs olunmuşdu.
Bundan sonra ABŞ hökuməti Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi.