Bu gün ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Söhbət zamanı liderlər iyulun 11-12 tarixlərində NATO-nun Brüsseldə keçiriləcək sammitində görüşəcəklərini bildiriblər.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Həmçinin telefon danışığı zamanı Tramp iyunun 24-də keçirilmiş seçkilərdə yenidən Türkiyə prezidenti seçilən Ərdoğanı təbrik edib.