ABŞ prezidenti Donald Tramp və Böyük Britaniya baş naziri Tereza Mey telefon söhbətində Rusiyanın kəşfiyyat orqanından qaynaqlanan təhdidlərin və potensial kimyəvi hücumların qarşısının alınması yollarını müzakirə edib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
“Prezident Donald Tramp bu gün Böyük Britaniya baş naziri Tereza Meylə telefonla danışıb. Hər iki lider Rusiyanın məxfi hərəkətlərini məhdudlaşdırmaq və hər hansı ölkənin ərazisində potensial kimyəvi silahdan istifadə hallarının qarşısını almaq məqsədilə Britaniya və Birləşmiş Ştatlarda Rusiyaya aid casus şəbəkələrinin ifşa olunmasının vacibliyini vurğulayıb” deyə bəyanatda qeyd olunur.