Tramp vəkilini aşağıladı: Onu ciddiyə almayın

Baxış sayı: 2. 820 dəfə baxılıb.

Tramp vəkilini aşağıladı: Onu ciddiyə almayın

ABŞ prezidenti Donald Tramp ətrafında qalmaqallar səngimək bilmir.

ÇıxışYolu.Com-ın xarici mediaya istinadən xəbərinə görə, Tramp bu dəfə onun seçki kampaniyası ilə bağlı bəzi gizli məqamları açıqlayan və istintaqa etiraf edən keçmiş şəxsi (ailə) vəkili Maykl Koenlə bağlı açıqlama yayıb.

O, keçmiş vəkilini ciddiyə almamağı tövsiyə edib.

 “Yaxşı bir vəkil axtaran varsa, o zaman Maykl Koeni vəkil tutmayın. Bunu hər kəsə ciddi şəkildə tövsiyə edirəm. O, ciddiyyə alınmağa dəyməz bir vəkildir”, – deyə Tramp əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com