ABŞ prezidneti Donald Tramp Venesuelaya aid virtual valyutalarla aparılan əməliyyatları qadağan edib.
ÇıxışYolu.Com xəbər verir ki, Tramp Venesuelaya qarşı sanksiyaları genişləndirən qətnamə imzalayıb.
Venesuelanın neftlə təmin edilmiş “petro” kriptovalyutasının emissiyası fevralın 20-də başlayıb. Cəmi 100 milyon “petro”nun satışa təqdim edilməsi hədəflənib.
19 mart tarixinə qədər davam edən ilkin satışdan sonra, martın 20-dən etibarən daha 44 milyon ədəd “petro”nun dövriyyəyə buraxılması planlaşdırılırdı.
Venesuela prezidenti Nikolas Maduronun Trampın qərarına münasibəti gecikməyib. O, öz “Twitter” səhifəsində qeyd edib ki, ABŞ-ın Venesuela kriptovalyutası “petro”ya qarşı sanksiyaları onun doğru yolda olduğunu göstərir:
“Donald Tramp qorxub. Bu, Venesuelanın doğru yolda olduğuna işarədir. “Petro” Vaşinqtonun yaratdığı bütün maneələri ortadan qaldıracaq. Tez, ya gec, biz iqtisadi blokadaya son qoyacağıq. Biz çiçəklənməyə doğru gedirik”.