Tramp Yaxın Şərqə qoşun göndəriləcəyini təsdiqləyib

Baxış sayı: 3. 199 dəfə baxılıb.

Tramp Yaxın Şərqə qoşun göndəriləcəyini təsdiqləyib

Prezident Donald Tramp ABŞ-ın Yaxın Şərqə əlavə olaraq 1500 hərbi qulluqçu göndərəciyini açıqlayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə o, Yaponiyaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu addım regionda olan Amerika hərbçilərinin mühafizəsinə yönəlib.

ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Patrik Şanahan isə bu addımı Vaşinqtonla Tehran arasındakı gərginliklə əlaqələndirib.

“ ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına təxminən 1,5 min əlavə hərbi şəxsi heyət göndəriləcək. Bu, İran tərəfindən gözlənilə bilən təhlükələrə qarşı ağıllı addımdır”, – deyə Şanahan bildirib.

Məlumata görə, əlavə qüvvələr Suriya və İraqda yerləşdirilməyəcək.

Qeyd edək ki, İranla ABŞ arasında münasibətlər  Ağ Evin Tehrana qarşı sanksiyalar tətbiq etməsi ilə gərginləşməyə başlayıb.