1f502f13-59bf-4691-919d-b576433afdd0..jpg

Trampa görə həbs edilən “Şaman” azadlığa çıxdı – FOTO/VİDEO

Baxış sayı: 982 dəfə baxılıb.

Trampa görə həbs edilən “Şaman” azadlığa çıxdı – FOTO/VİDEO

2021-ci ildə Kapitoliyə hücumda iştirak edən “Şaman” ləqəbli amerikalı Ceykob
Çensli vaxtından əvvəl federal həbsxanadan azad edilib.

Məlumata görə, bu, amerikalı sahibkar və “Twitter” sahibi İlon Maskın
Çenslinin etirazçıları evlərinə getməyə çağırdığı videonu yayımlamasından az
müddət sonra baş verib.

Free Jacob Chansley https://t.co/8BbeXF2Fye
— Elon Musk (@elonmusk) March 10, 2023

“Şaman” reabilitasiya mərkəzinə köçürülüb, orada bir müddət qocalar evində
işləyəcək (bu, onları cəmiyyətə qayıtmağa hazırlaşmağa kömək edir). Aksiyada
fəal iştirakına görə41 ay müddətinə azadlıqdan
məhrum edilən “Şaman” 27 aydan az müddət həbsdə qalıb.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-nin keçmiş Prezidenti Donald
Trampın tərəfdarları Vaşinqtonda iğtişaşlar törədiblər. Etirazlar zamanı onlar
Kapitoliyə soxulublar.

Çensli buynuzlu xəz papaqlı geyimi və ABŞ Konqresinin spikeri Nensi Pelosinin
kürsüsündə əyləşməsi ilə məşhurlaşıb. Saxlanıldıqdan sonra o, Kapitoliyə
hücumla bağlı cinayətlərdə özünü təqsirli bilib və aldadıldığını, sadəcə
Trampın mitinq çağırışını yerinə yetirdiyini deyib. Çenslinin reabilitasiya
mərkəzindən azadedilmə tarixi mayın 25-nə təyin olunub.

Mənbə: İzvestiya

Source link