43ba2e99-954e-4e97-ba88-c1648e4fadaf..jpg

Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”

Baxış sayı: 755 dəfə baxılıb.

Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə “Dəmir
günbəz” raketdən müdafiə sistemi yaradacağına söz verib.

O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq
bəyanatla çıxış edib.

“Ölkəmizin üzərində “Dəmir günbəz” tikəcəyik. Bu, ABŞ üçün təhlükəsizlik
şəbəkəsi olacaq. Oxşar sistem İsrail dövlətinin qorunmasında böyük rol
oynayır”, – deyə Tramp bildirib.

“Əgər onlarda (israillilərdə) bu olmasaydı, İsrail də olmazdı. Bizim də eyni
müdafiə sisteminə ehtiyacımız var”, – o əlavə edib.

Tramp belə bir sistemin yaradılmasının ABŞ-lilər üçün yeni iş yerləri
yaradacağını da bildirib.

Mənbə: TASS

Source link